ƏƏSMN-ın satışa çıxardığı 1662 mənzildən 1322-si bron edilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi(ƏƏSMN) tərəfindən yanvarın 23-dən "ms.sosial.gov.az" portalı üzərindən onlayn satışa çıxarılan 1662 mənzildən 1322-si artıq bron edilib.
YeniAvropa xəbər verir ki, bu barədə ƏƏSMN-ın İctimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər.Qeyd edilib ki, sözügedən mənzillər keçmiş məcburi köçkünlər üçün tikilən, ancaq Vətən müharibəsindən sonra şəhid ailələri və müharibə ilə əlaqədar şəxslərin mənzil məişət şəraitinin yaxşılaşdırılması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə verilmiş 5 yaşayış kompleksindəki istifadəsiz qalan mənzilləri əhatə edir.
Mənzillər Bakının Ramana, Ümid, Kürdəxanı qəsəbələrində, Abşeron və Samux rayonlarındakı yeni yaşayış binalarında yerləşir.
“Online satış prosesi əvvəldən də elan edildiyi kimi 2023-cü il yanvarın 23-də başlanıb və qeyd edilən 1662 mənzili əhatə edib. Bu anadək vətəndaşlarımız tərəfindən 1322 mənzil bron edilib, proses davam edir. Satış prosesi cari il iyulun 1-nə kimi qüvvədə olacaq”,- deyə nazirlikdən bildiriblər.
Nazirlik mənzilləri bron etmiş şəxslərin nəzərinə çatdırır ki, bron etdikləri vaxtdan 10 gün ərzində nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyi tərəfindən onların hər biri ilə fərdi qaydada əlaqə saxlanılacaq və mənzilin alqı-satqı vaxtı və yeri barədə onlara məlumat veriləcək; portalda seçdiyi mənzili bron etmiş şəxs tərəfindən həmin mənzilin dəyəri tam ödənilərək notarial qaydada alqı-satqı müqaviləsi imzalanacaq; alqı-satqı prosesi bitdikdən sonra mənzil həmin vətəndaşın mülkiyyətinə veriləcək; bir mənzili 3 şəxs bron edə bilər, əgər ilk bron etmiş şəxs həmin mənzili almaqdan imtina etdikdə və ya onunla alqı-satqı prosesi baş tutmadıqda, mənzili almaq hüququ onu bron etmiş digər şəxsə keçəcək.
Hər biri çıxarışlı və tam təmirli olan mənzillər istifadə olunmayıb və onları banklara müraciət etməklə ipoteka krediti ilə də almaq olar. Hər kəs satılan mənzillərdən istədiyi sayda mənzil ala bilər.
Si Cinpin-Blinken görüşü gərgin keçib
İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var
Azərbaycan-Ermənistan sülh danışıqlarını yüksək qiymətləndiririk-Prezident
“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır
Minifutbol millimizə yeni idman direktoru təyin edilib
Azərbaycan Avropa üçün həm də yaşıl enerji təchizatçısı olacaq-İlham Əliyev
"Günəşli"də neft hasilatı dayandırılıb?
Sabah Bakıda 29° isti olacaq
Berlində Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü olub
Avropa Parlamentinin qətnaməsində Azərbaycanla bağlı vəziyyət açıq şəkildə təhrif edilib-XİN
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi vəzifəsinin öhdəsindən layiqincə gəlib-Kərim Vəliyev
Bakıda “Qida Təhlükəsizliyi” simpoziumu keçirilib
Uzun illər Avropa bazarlarına nəql ediləcək neft-qaz resurslarımız var
Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib
İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli seqmentində iştirak edib
AFFA “Neftçi”nin şikayətini təmin etməyib
Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir
Xəzərdə “Dalğa-2024” birgə taktiki təlimi başa çatıb
Avropa çempionatı:Bu gün 3 cüdoçumuz mübarizəyə qoşulur
Daha 39 ailə Füzuliyə köçürülüb
Azərbaycan nefti 88,90 dollara satılır
Nazir və komitə sədrlərinin may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazırdır