Hazırda ölkəmizdə hər hansı dərmanın kəskin qıtlığı yoxdur.
YeniAvropa xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev deyib.
Nazirin sözlərinə görə, dünyada baş verən münaqişə və müharibələr nəticəsində enerji daşıyıcılarının qiymətləri qeyri-sabit olduğundan ənənəvi logistik zəncirlərin qırılması nəticəsində dərman istehsalında istifadə edilən xammalın qiyməti, nəqliyyat xərcləri artıb. Bu da müəyyən dərmanlarda qiymət artımına gətirib çıxarıb. Bu vəziyyət ölkəmizdə daim nəzarət altında olub və nəzarətdədir. Lazımi tədarüklər görülüb və ehtiyat həcmləri təmin olunub. "Dərmanların qiymətlərini Tarif Şurası müəyyən edir. Mövcud vəziyyəti nəzərə alaraq strateji baxımdan vacib olan dərman vasitələrinin qiymətləri nəzarət altındadır və tənzimlənir", - deyə nazir əlavə edib.