Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 75 yoluxma faktı qeydə alınıb, 59 nəfər müalicə olunaraq sağalıb.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, analiz nümunələri müsbət çıxan 6 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 827 min 525 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 817 min 1 nəfər müalicə olunaraq sağalıb, 10 min 60 nəfər vəfat edib. Aktiv xəstə sayı 464 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 851, bu günə qədər isə ümumilikdə 7 milyon 464 min 270 test icra olunub.