Lerikdə sürücünün ehtiyatsızlığı ölümlə nəticələnib. Bədbəxt hadisə yanvarın 10-da günorta saatlarında baş verib.
YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan bildirilib.
Belə ki, Lənkəran rayonunun Digah kənd sakini A.Bağırov idarə etdiyi "Hyundai" markalı yük avtomobilini Piran-Hamarat yolunda geriyə hərəkət etdirərkən rayonun Piran kənd sakini 1959-cu il təvəllüdlü Əliməmməd Məmmədovu vurub.
Ə.Məmmədov aldığı xəsarətlərdən yerləşdirildiyi Lənkəran Mərkəzi rayon Xəstəxanasında ölüb.
Faktla bağlı araşdırma aparılır.