Avtomobil yollarındakı bu günə olan vəziyyət açıqlanıb
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən respublika ərazisində hava şəraiti ilə əlaqədar yanvarın 10-da avtomobil yollarının vəziyyəti açıqlanıb.
Agentliyin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsindən YeniAvropa-ya verilən məlumata əsasən:
1. Zəfər Yolu: Yağıntı yoxdur, 7-8 dərəcə şaxta var. Yolda buzlaşmaya qarşı müvafiq tədbirlər görülür. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
2. Toğanalı-Kəlbəcər-İstisu: Yağıntı yoxdur, yolun Toğanalı kəndindən Murovdağ tuneli istiqamətində və tunelin başlanğıc hissəsindən Murovdağ istiqamətində şinləri zəncirlənmiş nəqliyyat vasitələrindən istifadə olunması tövsiyə olunur. Hazırda yolun qardan təmizlənməsi işləri aparılır. “Ömər aşırımı”na doğru yüksəkliyə qalxdıqca 8-13 dərəcə şaxta müşahidə olunur. Yolda əmələ gəlmiş buzlaşmaya qarşı müvafiq tədbirlər görülür.
3. Bakı-Quba: Siyəzən, Şabran, Quba və Qusar rayonları ərazisində qar yağır. Quba-Qusar rayonları ərazisində 8-10 dərəcə şaxta var. Yolda buzlaşmanın aradan qaldırılması ilə əlaqədar hazırda müvafiq tədbirlər görülür. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. Xınalıq kəndi ərazisində 14-16 dərəcə şaxta var.
4. Giləzi-Xızı: Xızı rayonu ərazisində yağıntı yoxdur, 8-10 dərəcə şaxta var. Yolda buzlaşmanın aradan qaldırılması ilə əlaqədar hazırda müvafiq tədbirlər görülür. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
5. Bakı-Qobustan: Yağıntı yoxdur, Qobustan rayonu ərazisində 6-7 dərəcə şaxta var. Yol açıqdır, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
6. Qobustan-Şamaxı-Muğanlı: Yağıntı yoxdur, Şamaxı rayonu ərazisində 3-4 dərəcə şaxta var. Gecə saatlarından başlayaraq yolun buz bağlamış sahələrinə qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
7. Muğanlı–Ağsu-Yevlax: Yağıntı yoxdur, Muğanlı ərazisində 4 dərəcə şaxta var. Ağsu dolaylarında yolun buz bağlamış hissələrinə qum-duz səpilir. Bu istiqamətdə tədbirlər davam etdirilir. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
8. Muğanlı-İsmayıllı: Zəif qar yağır, 8-9 dərəcə şaxta var. Yolda buzlaşmanın aradan qaldırılması ilə əlaqədar hazırda müvafiq tədbirlər görülür. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
9. İsmayıllı-Qəbələ-Oğuz-Şəki: Zəif qar yağır, Qəbələ və İsmayıllı rayonları ərazisində 8-9 dərəcə şaxta var. Yolda buzlaşmanın aradan qaldırılması ilə əlaqədar hazırda müvafiq tədbirlər görülür. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. Yolun Oğuz-Şəki hissəsində yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
10. Yevlax-Şəki-Qax-Zaqatala: Yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
11. Şəmkir-Gədəbəy: Marşrutboyu yağıntı yoxdur. 7-9 dərəcə şaxta var. Yolda buzlaşmanın aradan qaldırılması ilə əlaqədar hazırda müvafiq tədbirlər görülür, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
12. Gəncə-Daşkəsən: Marşrutboyu yağıntı yoxdur. 11 dərəcə şaxta var. Yolda buzlaşmanın aradan qaldırılması ilə əlaqədar hazırda müvafiq tədbirlər görülür, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
13. Ələt-Astara: Yağıntı yoxdur, yola qum-duz səpilib. 1-2 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
14. Masallı–Yardımlı: Yardımlı rayonu ərazisində yağıntı yoxdur, 7-8 dərəcə şaxta var. Yolun buz bağlamış hissələrinə qum-duz səpilir. Hərəkət təmin olunur.
15. Lənkəran–Lerik: Lerik rayonu ərazisində yağıntı yoxdur, 7-8 dərəcə şaxta var, qum-duz səpilir. Yolda şinləri zəncirlənmiş nəqliyyat vasitələrindən istifadə olunması tövsiyə olunur.
16. Bakı-Ələt–Hacıqabul-Ucar–Yevlax: Yağıntı və şaxta yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
17. Yevlax-Gəncə-Qazax: Yağıntı yoxdur, yola qum-duz səpilib. 4-5 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
18. Hacıqabul–Bəhramtəpə–Horadiz: Yağıntı və şaxta yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Si Cinpin-Blinken görüşü gərgin keçib
İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var
Azərbaycan-Ermənistan sülh danışıqlarını yüksək qiymətləndiririk-Prezident
“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır
Minifutbol millimizə yeni idman direktoru təyin edilib
Azərbaycan Avropa üçün həm də yaşıl enerji təchizatçısı olacaq-İlham Əliyev
"Günəşli"də neft hasilatı dayandırılıb?
Sabah Bakıda 29° isti olacaq
Berlində Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü olub
Avropa Parlamentinin qətnaməsində Azərbaycanla bağlı vəziyyət açıq şəkildə təhrif edilib-XİN
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi vəzifəsinin öhdəsindən layiqincə gəlib-Kərim Vəliyev
Bakıda “Qida Təhlükəsizliyi” simpoziumu keçirilib
Uzun illər Avropa bazarlarına nəql ediləcək neft-qaz resurslarımız var
Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib
İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli seqmentində iştirak edib
AFFA “Neftçi”nin şikayətini təmin etməyib
Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir
Xəzərdə “Dalğa-2024” birgə taktiki təlimi başa çatıb
Avropa çempionatı:Bu gün 3 cüdoçumuz mübarizəyə qoşulur
Daha 39 ailə Füzuliyə köçürülüb
Azərbaycan nefti 88,90 dollara satılır
Nazir və komitə sədrlərinin may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazırdır