“Sədərək” ticarət mərkəzində yanğın baş verməsi səbəbindən 1 nəfər tüstüdən zəhərlənmə ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib.
TƏBİB-dən YeniAvropa-ya bildirilib ki, iki nəfərə tüstüdən zəhərlənmə səbəbindən yerində yardım göstərilib.
Qeyd edək ki, TƏBİB-in tabeliyindəki Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına saat 18:22 radələrində “Sədərək” ticarət mərkəzində yanğın olması ilə bağlı çağırış daxil olub.
Yanğınla əlaqədar hadisə yerinə 4 təcili tibbi yardım briqadası göndərilib.