logo

Azərbaycanda daha 121 nəfər koronavirusa yoluxdu, 4 nəfər öldü

17:32 06-01-2023 | icon 2534
Azərbaycanda daha 121 nəfər koronavirusa yoluxdu, 4 nəfər öldü

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 121 yoluxma faktı qeydə alınıb, 59 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 826 min 683 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 816 min 291 nəfər müalicə olunaraq sağalıb, 10 min 13 nəfər vəfat edib. Aktiv xəstə sayı 379 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 794, bu günə qədər isə ümumilikdə 7 milyon 439 min 300 test icra olunub.