Yanvarın 5-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 396 vaksin vurulub.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 325, ikinci doza vaksinlərin sayı 18, üç və daha çox doza vaksinlərin sayı 40, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 13-dür.
Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 932 min 675, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 396 min 890, ikinci mərhələ üzrə 4 milyon 875 min 728, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 395 min 397, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 264 min 660-dır.