Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 66 yoluxma faktı qeydə alınıb, 83 nəfər müalicə olunaraq sağalıb.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 826 min 562 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 816 min 232 nəfər müalicə olunaraq sağalıb, 10 min 9 nəfər vəfat edib. Aktiv xəstə sayı 321 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1846, bu günə qədər isə ümumilikdə 7 milyon 436 min 506 test icra olunub.