logo

Bayram günlərində təcili yardım üçün 14 min müraciət edilib

12:32 05-01-2023 | icon 2296
Bayram günlərində təcili yardım üçün 14 min müraciət edilib

Bayram günlərində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin(TƏBİB) tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası 7/24 gücləndirilmiş iş rejimində xidmət göstərib.

YeniAvropa-ya TƏBİB-dən verilən məlumata görə, "103" Çağrı mərkəzində və bölmələrdə məsul şəxslərdən ibarət növbətçilik təşkil olunub.

Təcili tibbi yardım xidmətinə 2022-ci ilin dekabrın 31-dən 2023-cü ilin yanvarın 4-ə qədər daxil olan ümumi çağırışların sayı 14 min 59, hospital olunanların sayı isə 1307 olub.

Çağırışların sayı ən çox 2023-cü ilin yanvarın 1-də (çağırış sayı 2 867, hospital olunanların sayı 284 olmaqla) və 2023-cü ilin yanvarın 3-də (çağırış sayı 2 951, hospital olunanların sayı 285 olmaqla) qeydə alınıb.

Çağırış səbəbləri əsasən arterial təzyiqin qalxması, kardioloji problemlər, travmalar, dispeptik əlamətlər, respirator xəstəliklər ilə bağlı olub.