logo

Azərbaycanda daha 15 nəfər koronavirusa yoluxub

18:20 26-12-2022 | icon 3297
Azərbaycanda daha 15 nəfər koronavirusa yoluxub

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 15 yoluxma faktı qeydə alınıb, 14 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, indiyədək ölkədə ümumilikdə 825 min 980 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 815 min 409 nəfər müalicə olunaraq sağalıb, 10 min 6 nəfər vəfat edib. Aktiv xəstə sayı 565 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 743, bu günə qədər isə ümumilikdə 7 milyon 421 min 167 test icra olunub.