Dekabrın 20-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 315 doza vaksin vurulub.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 94, ikinci doza vaksinlərin sayı 51, üç və daha çox doza vaksinlərin sayı 135, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 35-dir.
Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 928 min 176, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 394 min 709, ikinci mərhələ üzrə 4 milyon 875 min 48, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 393 min 996, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 264 min 423-dür.