logo

Azərbaycanda 50 nəfər koronavirusa yoluxub

19:20 08-12-2022 | icon 3675
Azərbaycanda 50 nəfər koronavirusa yoluxub

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 50 yoluxma faktı qeydə alınıb, 46 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, koronavirusa yoluxma halı ilə əlaqədar ölüm hadisəsi qeydə alınmayıb.

İndiyədək ölkədə ümumilikdə 824 min 691 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 814 min 399 nəfər müalicə olunaraq sağalıb, 9984 nəfər vəfat edib. Aktiv xəstə sayı 308 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1868, bu günə qədər isə ümumilikdə 7 milyon 389 min 919 test icra olunub.