logo

DİN Gəncədə tələbələr arasındakı davanı araşdırır

19:48 01-12-2022 | icon 1785
DİN Gəncədə tələbələr arasındakı davanı araşdırır

Noyabrın 18-də Tələbə Həmkarlar Təşkilatının təşkilatçılığı ilə Gəncə şəhər Olimpiya Kompleksində Gəncə Dövlət Universitetinin və Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri arasında futzal yarışında müşahidə olunan mübahisə ilə bağlı araşdırma başlayıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin regional qrupundan YeniAvropa-ya bildirilib ki, Gəncə şəhər Baş Polis İdarəsində aparılan araşdırmaların nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.