logo

23 Azərbaycan vətəndaşı Almaniyadan deportasiya edilib

10:50 01-12-2022 | icon 1400
23 Azərbaycan vətəndaşı Almaniyadan deportasiya edilib

“Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş çərçivəsində noyabrın 30-da 23 Azərbaycan Respublikası vətəndaşı Almaniya Federativ Respublikasından ölkəyə geri qəbul edilib.

Dövlət Miqrasiya Xidmətinin (DMX) İctimaiyyətlə əlaqələr idarəsindən YeniAvropa-ya bildirilib ki,geri qəbul prosesi Nazirlər Kabineti yanında Operativ Qərargahın pandemiya ilə əlaqədar müəyyənləşdirdiyi qaydalar çərçivəsində həyata keçirilib.

Qeyd edək ki, fəaliyyəti DMX tərəfindən əlaqələndirilən Reinteqrasiya üzrə İşçi Qrupu readmissiya olunan Azərbaycan Respublikası vətəndaşlarının yerli cəmiyyətə reinteqrasiyası və üzləşə biləcəkləri mümkün çətinliklərin həlli istiqamətində müvafiq tədbirlər həyata keçirir.