logo

Azərbaycanda daha 49 nəfər koronavirusa yoluxub,2 nəfər ölüb

18:57 30-11-2022 | icon 4165
Azərbaycanda daha 49 nəfər koronavirusa yoluxub,2 nəfər ölüb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 49 yoluxma faktı qeydə alınıb, 50 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 824 min 337 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 814 min 103 nəfər müalicə olunaraq sağalıb, 9 min 980 nəfər vəfat edib. Aktiv xəstə sayı 254 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1784, bu günə qədər isə ümumilikdə 7 milyon 375 min 442 test icra olunub.