logo

Goranboyda zəlzələ olub

17:57 30-11-2022 | icon 8841
Goranboyda zəlzələ olub

Noyabrın 30-da Gəncə seysmoloji stansiyasından 30 kilometr cənub-şərqdə - Goranboy rayonunda zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən YeniAvropa-ya bildirilib ki, yerli vaxtla saat 16:50-də qeydə alınan zəlzələnin ocağı 25 kilometr dərinlikdə yerləşib.

Maqnitudası 3.8-ə bərabər olan zəlzələ episentrdə hiss olunub.