logo

Ordumuzun əsgəri bədbəxt hadisə nəticəsində vəfat edib

11:11 28-11-2022 | icon 1141
Ordumuzun əsgəri bədbəxt hadisə nəticəsində vəfat edib

Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Mirzəzadə Nurəddin Burhan oğlu ehtiyatsızlıqdan baş vermiş bədbəxt hadisə nəticəsində vəfat edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, faktla bağlı araşdırma aparılır.

“Hərbi qulluqçunun ailəsinə, yaxınlarına dərin hüznlə başsağlığı verir və səbir diləyirik. Allah rəhmət eləsin!”, - məlumatda qeyd olunub.