logo

Ermənistan Müdafiə Nazirliyi yalan məlumat yayır-MN

22:22 26-11-2022 | icon 1267
Ermənistan Müdafiə Nazirliyi yalan məlumat yayır-MN

Azərbaycan Ordusunun bölmələri tərəfindən guya noyabrın 26-sı saat 21:30-da Ermənistan silahlı qüvvələrinin bölmələrinin mövqeləri istiqamətində müxtəlif çaplı atıcı silahlardan atəş açılması ilə bağlı qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır, həqiqətə uyğun deyil.

YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

“Ermənistan Müdafiə Nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik”, - deyə məlumatda qeyd edilib.