logo

Azərbaycanın Fələstin Dövlətində Təmsilçilik Ofisi təsis edilib

16:46 26-11-2022 | icon 1253
Azərbaycanın Fələstin Dövlətində Təmsilçilik Ofisi təsis edilib

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Fələstin Dövlətində (Ramallah şəhərində) Təmsilçilik Ofisinin təsis edilməsi haqqında sərəncam imzalayıb.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Prezident, həmçinin Təmsilçilik Ofisinin fəaliyyətinin təmin edilməsi ilə bağlı da Sərəncam imzalayıb. Sərəncama əsasən, Nazirlər Kabinetinə Azərbaycan Respublikasının Fələstin Dövlətində (Ramallah şəhərində) Təmsilçilik Ofisinin fəaliyyətinin təmin edilməsi ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə və bu Sərəncamdan irəli gələn digər məsələləri həll etmək, Xarici İşlər Nazirliyinə isə Təmsilçilik Ofisinin strukturunu və ştat cədvəlini təsdiq etmək tapşırılıb.