logo

İsraildə Azərbaycan səfirliyi təsis edilib

16:13 26-11-2022 | icon 9639
İsraildə Azərbaycan səfirliyi təsis edilib

Prezident İlham Əliyev Azərbaycanın İsrail Dövlətində (Təl-Əviv şəhərində) səfirliyinin təsis edilməsi ilə bağlı Sərəncam imzalayıb.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Prezident İlham Əliyevin digər sərəncamı ilə səfirliyin fəaliyyətinin təmin edilməsi ilə bağlı görüləcək tədbirlər müəyyənləşib.

Sərəncama əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycanın İsraildə (Təl-Əviv şəhərində) səfirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini və Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

Həmçinin Xarici İşlər Nazirliyinə səfirliyin strukturunu və ştat cədvəlini təsdiq etmək tapşırılıb