Bakıda XVII Beynəlxalq Caz Festivalı başlayıb
Noyabrın 15-də XVII Bakı Beynəlxalq Caz Festivalı başlayıb. Festivalın açılış mərasimi ADA Universitetində keçirilib.
YeniAvropa xəbər verir ki, açılış mərasimində Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, respublikanın mədəniyyət ictimaiyyətinin nümayəndələri, caz musiqisi həvəskarları iştirak ediblər.
Konsertdən öncə Bakıda caz festivallarının tarixinə nəzər salınıb. Qeyd olunub ki, Bakıda ilk dəfə Caz Festivalı sovet dövründə -1967-ci ildə keçirilib.
Diqqətə çatdırılıb ki, Bakı Beynəlxalq Caz Festivalı ənənəvi olaraq öz pərəstişkarlarına geniş proqram təqdim edir, burada konsertlərdən əlavə, incəsənət sərgiləri və caz mövzulu kino günləri təşkil olunur. Bu il istedadlı müasir rəssam Ramina Saadathan rəsmlər yaratdı və onları “Rəqs edən Caz” adlı layihədə birləşdirdi. Sərgidə tamaşaçılar caz sədaları altında yaradılmış bu rəsmlərə baxa biləcəklər. Noyabrın 17-də “QGallery”də “Dancing Jazz” sərgisinin açılışı olacaq.
Növbəti maraqlı tədbirlərdən biri tanınmış kinoşünas Ülvi Mehdinin aparıcılığı ilə YARAT Yaradıcılıq Mərkəzində caz əfsanəsi Maylz Devis haqqında filmin təqdimatı ilə yadda qalacaq.
XVII Bakı Beynəlxalq Caz Festivalının proqramı musiqi və incəsənətin parlaq elementlərindən yığılmış möhtəşəm “tapmaca” olacaq və payız mövsümünü gözəl şəkildə tamamlayacaq.
Vurğulanıb ki, XVII Bakı Beynəlxalq Caz Festivalının açılış mərasiminin ADA Universitetində keçirilməsi təsadüfi deyil. ADA Universiteti gənclərin, tələbələrin inkişafı üçün bir çox layihələr həyata keçirir.
Sonra festivalın yaradıcılarından biri olan tanınmış cazmen, saksofon ifaçısı, Əməkdar artist Rain Sultanov tamaşaçıları salamlayıb, onlara gözəl axşam arzulayıb.
Açılış mərasimində çıxış edən ADA Universitetinin rektoru Hafiz Paşayev vurğulayıb ki, ənənəvi caz festivalının ilk dəfə ADA Universitetində açılışı böyük şərəfdir. Hafiz Paşayev, həmçinin caz musiqisi ilə tanışlığına dair xatirəsini tədbir iştirakçıları ilə bölüşüb. ADA Universitetinin rektoru tədbirə gələn hər kəsə təşəkkürünü bildirib.
Tədbirdə mədəniyyət naziri Anar Kərimov Bakı Beynəlxalq Caz Festivalının gözəl bir ənənəyə çevrilməsindən söz açıb. O, builki festivalın açılış mərasiminin ADA Universitetində keçirildiyi üçün rektor Hafiz Paşayeva minnətdarlığını bildirib. Nazir qeyd edib ki, builki festivalda gənclər üçün xüsusi yer ayrılıb. Festival çərçivəsində onlar arasında müsabiqə də keçiriləcək. Eyni zamanda, sərgi və film nümayişi olacaq. Bakı Beynəlxalq Caz Festivalının coğrafiyası ildən-ilə böyüyür. Bu il də Almaniyadan, İsveçrədən, İtaliyada, İsraildən, Braziliyadan və digər ölkələrdən ifaçılar çıxış edəcəklər. Əminik ki, festival Azərbaycanda olan caz ənənələrini daha da inkişaf etdirəcək.
Festivalın açılışında, həmçinin Braziliyanın Azərbaycandakı səfiri Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruz çıxış edərək burada olmasından məmnunluğunu söyləyib və tədbirin təşkilatçılarına təşəkkürünü bildirib.
Daha sonra “Grammy” mükafatı laureatı, isveçrəli ifaçı Qreqori Maret konsert proqramı ilə çıxış edib. O, Azərbaycan musiqiçiləri ilə eyni səhnəni bölüşüb. Unikal layihədə Azərbaycan tərəfini parlaq gənc pianoçu Elbəy Məmmədzadə təmsil edib.
Qeyd edək ki, son onillikdə Qreqori müasir caz dünyasının geniş spektrində unikal və cəlbedici səsə çevrilib.
İbrahim Tatlısəs Bakıda konsert verəcək
Bu gün 440 doza vaksin vurulub
İranda 5 bal gücündə zəlzələ baş verib
Azərbaycanda daha 75 nəfər koronavirusa yoluxub,2 nəfər ölüb
Boksçularımız beynəlxalq turnirdə 17 medal qazanıblar
Media subyektlərinin gəlirləri vergidən azad edilib
Cüdoçumuz Antalya “Böyük dəbilqə”sinin finalına yüksəlib
Ermənistan və Azərbaycan nümayəndələri sərhəddə görüşüb
Azərbaycanlı gənc Harvard Universitetinə qəbul olub
İrandan Azərbaycana 13 kq narkotika keçirmək istədilər
Sabah Bakıda yağış yağacaq, 9° isti olacaq
Dövlət Vergi Xidmətinin sabiq əməkdaşları həbs edilib
Sabah 27 mindən çox abituriyent və şagird imtahan verəcək
Zakir Həsənov xidməti müşavirə keçirib
Rüşvət alan gömrük inspektoru həbs edilib
Şahdağda 22 sm qar yağıb
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 66 nəfər saxlanılıb
Laçın-Xankəndi yolunda etiraz aksiyasının 111-ci günü
Beyləqanda rüşvət alan vəzifəli şəxslərə cinayət işi açılıb
“Gənclik” metrostansiyasında əslində nə baş verib?
Bu gün 467 doza vaksin vurulub
Azərbaycanda daha 64 nəfər koronavirusa yoluxub
Bakıda Azərbaycan-Çexiya siyasi məsləhətləşmələri keçirilib
XİN: Ceyhun Bayramov İsraildə İrana qarşı hər hansı mövqe səsləndirməyib
Lukaşenko Rusiya qoşunlarını Belarusa yerləşdirdi