logo

Milli Məclisin deputatları ABŞ-da səfərdədirlər

17:57 10-11-2022 | icon 945
Milli Məclisin deputatları ABŞ-da səfərdədirlər

Milli Məclisin deputatları ABŞ Konqresinin təşəbbüsü ilə keçiriləcək Açıq Dünya Proqramında iştirak etmək üçün ABŞ-da səfərdədirlər.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən YeniAvropa-ya bildirilib ki,nümayəndə heyətinin tərkibində Soltan Məmmədov, Fazil Mustafa, Nurlan Həsənov, Vüqar Bayramov və Tamam Cəfərova yer alıblar.

Milli Məclisin deputatları səfər çərçivəsində ABŞ-ın Vaşinqton, Nyu-Mexiko və Santa-Fe şəhərlərində olacaq, Konqresin və Senatın üzvləri ilə bir sıra görüşlər keçirəcəklər.

Görüşlərdə Milli Məclisin deputatlarına ABŞ Konqresinin fəaliyyəti barədə ətraflı məlumat veriləcək, parlamentlərarası əlaqələrin perspektivləri barədə müzakirələr aparılacaq.

Səfər noyabrın 18-də başa çatacaq.