logo

İlham Əliyev Özbəkistana səfər edib

13:33 10-11-2022 | icon 3787
İlham Əliyev Özbəkistana səfər edib

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündə iştirak etmək üçün noyabrın 10-da Özbəkistan Respublikasına səfərə gəlib.

YeniAvropa xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Səmərqənd Beynəlxalq Hava Limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Özbəkistanın baş naziri Abdulla Aripov və digər rəsmi şəxslər qarşılayıblar.