logo

Sabah Bakıda 15° isti olacaq

12:12 09-11-2022 | icon 1547
Sabah Bakıda 15° isti olacaq

Azərbaycanda noyabrın 10-na gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, az çiskin olacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 9-11°, gündüz 13-16° isti, Bakıda gecə 9-11°, gündüz 13-15° isti olacaq. Atmosfer təzyiqi 770 millimetr civə sütunu, nisbi rütubət 60-70 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarının bəzi yerlərində arabir yağış yağacağı proqnozlaşdırılır. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 4-9°, gündüz 13-17° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-7° isti olacağı bildirilir.