logo

Noyabrın 7-9-da "ASAN xidmət"lər işləməyəcək

17:57 06-11-2022 | icon 4396
Noyabrın 7-9-da "ASAN xidmət"lər işləməyəcək

Zəfər Günü və Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar noyabrın 7-9-da "ASAN xidmət" və "ASAN kommunal" mərkəzlərində qeyri-iş günü olacaq.

YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, noyabrın 10-dan etibarən vətəndaşlar mərkəzlərə müraciət etməklə xidmətlərdən yararlana bilərlər.