Noyabrın 5-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 557 doza vaksin vurulub.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 127, ikinci doza vaksinlərin sayı 131, üç və daha çox doza vaksinlərin sayı 247, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 52-dir.
Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 913 min 533, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 390 min 562, ikinci mərhələ üzrə 4 milyon 871 min 946, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 387 min 815, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 263 min 210-dur.