Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 27 yoluxma faktı qeydə alınıb, 53 nəfər müalicə olunaraq sağalıb.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki,analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 823 min 496 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 813 min 254 nəfər müalicə olunaraq sağalıb, 9 min 955 nəfər vəfat edib. Aktiv xəstə sayı 287 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1961, bu günə qədər isə ümumilikdə 7 milyon 331 min 317 test icra olunub.