logo

Qubada külli miqdarda narkotik vasitə aşkarlanıb

12:52 05-11-2022 | icon 1407
Qubada külli miqdarda narkotik vasitə aşkarlanıb

Quba Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələri istifadəsi, əldə etməsi, saxlaması və daşımasında şübhəli bilinən rayon sakini Nazim Əzizovu saxlayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan YeniAvropa-ya verilən məlumata görə, həmin şəxsin üzərinə və ona məxsus evə baxış keçirilən zaman ümumi çəkisi 766 qram marixuana aşkar olunaraq götürülüb.

Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə Nazim Əzizov barəsində həbs qətimkan tədbiri seçilib.