logo

Bakıda Rusiya ali məktəblərinin sərgisi keçiriləcək

10:30 05-11-2022 | icon 12516
Bakıda Rusiya ali məktəblərinin sərgisi keçiriləcək

Noyabrın 10-11-də Bakıdakı Rus Evində Rusiya ali məktəblərinin sərgisi keçiriləcək.

Rusiya İnformasiya Mədəniyyət Mərkəzinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, sərgidə ölkənin 9 şəhərindən Rusiyanın 16 ali məktəbi təmsil olunacaq.

Sərgidə Rusiya Xalqlar Dostluğu Universiteti, “Ali İqtisadiyyat Məktəbi” Milli Tədqiqat Universiteti, N.E.Bauman adına Moskva Dövlət Texniki Universiteti, Sankt-Peterburq Dövlət Universiteti, A.İ.Hersen adına Rusiya Dövlət Humanitar Universiteti, Kazan Federal Universiteti və başqaları iştirak edəcəklər.