Noyabrın 4-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 379 doza vaksin vurulub.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 78, ikinci doza vaksinlərin sayı 69, üç və daha çox doza vaksinlərin sayı 207, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 25-dir.
Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 912 min 976, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 390 min 435, ikinci mərhələ üzrə 4 milyon 871 min 815, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 387 min 568, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 263 min 158-dir.