logo

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılıb

10:30 03-11-2022 | icon 1575
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılıb

Respublikanın daxili işlər orqanları ötən gün ölkə ərazisində törədilmiş 69 cinayətin üstünü açıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki,əvvəlki dövrlərdən bağlı qalan 26 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 87, o cümlədən borclu şəxs kimi axtarılan 66 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən dörd yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb.

Narkotiklərlə əlaqəli 31, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 2 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılıb.