logo

Mədəniyyət Nazirliyinin şöbə müdiri həbs olunub

18:18 02-11-2022 | icon 1372
Mədəniyyət Nazirliyinin şöbə müdiri həbs olunub

Mədəniyyət Nazirliyinin Təchizat və əmlak şöbəsinin müdiri İlkin Nəsibov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

YeniAvropa xəbər verir ki, bununla bağlı Səbail rayon Məhkəməsində istintaq orqanının vəsatətinə baxılıb və təmin edilib.

Qeyd edək ki, ötən gün Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Mədəniyyət Nazirliyində əməliyyat keçirib. Əməliyyat zamanı saxlanılanlar arasında nazirliyin Təchizat və əmlak şöbəsinin müdiri İlkin Nəsibov da var.