logo

Milli Məclisdə “Parlament–QHT əməkdaşlığının gücləndirilməsi” mövzusunda ictimai dinləmə keçirilir

12:52 01-11-2022 | icon 1505
Milli Məclisdə “Parlament–QHT əməkdaşlığının gücləndirilməsi” mövzusunda ictimai dinləmə keçirilir

Noyabrın 1-də Milli Məclisdə “Parlament – QHT əməkdaşlığının gücləndirilməsi” mövzusunda ictimai dinləmə keçirilir.

YeniAvropa xəbər verir ki, dinləmə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin noyabrın 1-də keçirilən iclasının gündəliyinə daxil edilib.

Tədbirdə komitə üzvləri, Milli Məclis Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Hacı Mirhəşim Seyid, Milli QHT Forumunun prezidenti Rauf Zeyni, “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin sədri Fikrət Yusifov, “Dilarə Əliyeva adına Azərbaycan Qadınlarının Hüququnun Müdafiə Cəmiyyətinin sədri Novella Cəfərova, Sosial Hüquqların Araşdırılması İctimai Birliyinin sədri Mayis Əliyev və digər QHT nümayəndələri iştirak edirlər.