logo

Paytaxtda məktəbliyə qarşı əxlaqsız hərəkətlər edən şəxs saxlanılıb

12:12 31-10-2022 | icon 1288
Paytaxtda məktəbliyə qarşı əxlaqsız hərəkətlər edən şəxs saxlanılıb

Paytaxtda məktəbliyə qarşı əxlaqsız hərəkətlər edən şəxs saxlanılıb.

Nərimanov rayon Polis İdarəsində oktyabrın 27-də rayon ərazisindəki orta məktəblərin birində məktəbliyə qarşı əxlaqsız hərəkətlər edilməsi barədə daxil olan məlumatla əlaqədar Cinayət Məcəlləsinin 153-cü maddəsi (Əxlaqsız hərəkətlər) ilə cinayət işi başlanılıb.

İdarədən YeniAvropa-ya bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən əvvəllər qəsdən adam öldürmə və quldurluq əməllərinə görə məhkum olunmuş Tərtər rayon sakini Sahil Həsənov müəyyən olunaraq saxlanılıb.