logo

Qubanın Qrız kəndində qar yağıb

15:15 29-10-2022 | icon 3794
Qubanın Qrız kəndində qar yağıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 29-na olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, bəzi yerlərdə arabir yağış yağıb, ayrı-ayrı yerlərdə intensiv olub, Qrızda (Quba) qar yağıb.

Xidmətdən YeniAvropa-ya verilən məlumata görə, düşən yağıntının miqdarı Lənkəranda 57, Astarada 25, Altıağacda 20, Lerikdə 18, Yardımlıda 17, Qəbələdə 15, Göytəpə, Xaltanda 10, İsmayıllıda 9, Şabranda 7, Qobustanda 6, Şamaxıda 5, Neftçala, Salyan, Quba, Oğuzda 4, İmişli, Sabirabad, Biləsuvar, Qusarda 3, Ağsu, Cəfərxan, Qrızda 2, Ordubad, Ağdam, Şəki, Tərtər, Xaçmaz, Beyləqanda 1 millimetr, Bakıda və Abşeron yarımadasında - Bakıda 2, Maştağada 1 millimetrədək olub.

Şimal-qərb küləyi əsib, Naftalanda, Bakıda və Abşeron yarımadasında saniyədə 18 metrədək güclənib. Neft Daşları meteoroloji stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 2.3 metrə çatıb.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti oktyabrın 30-dək davam edəcək. Oktyabrın 30-u gündüzdən başlayaraq, oktyabrın 31-də havanın sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir.