Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 64 yoluxma faktı qeydə alınıb, 66 nəfər müalicə olunaraq sağalıb.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 823 min 23 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 812 min 743 nəfər müalicə olunaraq sağalıb, 9 min 940 nəfər vəfat edib. Aktiv xəstə sayı 340 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 483, bu günə qədər isə ümumilikdə 7 milyon 309 min 540 test icra olunub.