logo

Sabah Bakıda arabir yağış yağacaq, 19° isti olacaq

13:43 25-10-2022 | icon 1365
Sabah Bakıda arabir yağış yağacaq, 19° isti olacaq

Azərbaycanda oktyabrın 26-na gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya  verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gün ərzində bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 13-15°, gündüz 17-19° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi 768 millimetr civə sütunu olacaq. Nisbi rütubət 65-75 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi şimal və şərq rayonlarında arabir yağış yağacağı proqnozlaşdırılır. Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 7-12°, gündüz 17-22° isti, dağlarda gecə 0-5°, gündüz 8-13° isti olacağı bildirilir.