Oktyabrın 24-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 1 doza vaksin vurulub.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində vurulan üç və daha çox doza vaksinlərin sayı 1-dir.
Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 907 min 99, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 388 min 608, ikinci mərhələ üzrə 4 milyon 870 min 717, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 385 min 38, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 262 min 736-dır.