COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 870 min nəfəri ötüb
Oktyabrın 20-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 828 doza vaksin vurulub.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 220, ikinci doza vaksinlərin sayı 175, üç və daha çox doza vaksinlərin sayı 382, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 51-dir.
Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 905 min 220, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 387 min 860, ikinci mərhələ üzrə 4 milyon 870 min 410, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 384 min 336, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 262 min 614-dür.