COVID-19-a qarşı I mərhələ peyvənd olunanların sayı 5 milyon 388 min nəfərə çatır
Oktyabrın 19-da Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 923 doza vaksin vurulub.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki,gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 283, ikinci doza vaksinlərin sayı 208, üç və daha çox doza vaksinlərin sayı 388, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 44-dür.
Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 904 min 392, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 387 min 640, ikinci mərhələ üzrə 4 milyon 870 min 235, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 383 min 954, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 262 min 563-dür.