Azərbaycan qısa fasilədən sonra yenidən “Eurovision” uşaq mahnı müsabiqəsinə qayıdır.
Müsabiqənin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, noyabrın 25-də Minsk şəhərində keçiriləcək “Eurovision-2018” uşaq mahnı müsabiqəsində iştirak edəcəyini rəsmi şəkildə təsdiq edən ölkələrin sayı 19-a çatıb. Azərbaycanla yanaşı, Albaniya, Avstraliya, Belarus, Fransa, Gürcüstan, İtaliya, İsrail, Qazaxıstan, Portuqaliya, Polşa, İrlandiya , Serbiya, Rusiya və digər ölkələr müsabiqədə iştirak edəcəklər.
Mahnı müsabiqəsi 15 min tamaşaçı yeri olan “Minsk Arena”da baş tutacaq.
Azərbaycanı təmsil edəcək iştirakçının adı yaxın vaxtlarda müəyyən olunacaq.