logo

COVID-19-a qarşı I mərhələ peyvənd olunanların sayı 5 milyon 386 min nəfəri ötüb

16:58 13-10-2022 | icon 3542
COVID-19-a qarşı I mərhələ peyvənd olunanların sayı 5 milyon 386 min nəfəri ötüb

Oktyabrın 13-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 942 doza vaksin vurulub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 334, ikinci doza vaksinlərin sayı 165, üç və daha çox doza vaksinlərin sayı 379, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 64-dür.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 900 min 619, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 386 min 352, ikinci mərhələ üzrə 4 milyon 869 min 401, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 382 min 536, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 262 min 330-dur.