logo

Oktyabrın 17-dən şagirdlərin elektron yerdəyişməsinə başlanılır

10:10 13-10-2022 | icon 6916
Oktyabrın 17-dən şagirdlərin elektron yerdəyişməsinə başlanılır

Oktyabrın 17-si saat 11:00-dan etibarən 2022-2023-cü tədris ili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesinə start veriləcək.

YeniAvropa xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Şagirdlərin elektron yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir.

Xatırladaq ki, sentyabrın 5-də şagird yerdəyişməsi prosesi müvəqqəti olaraq dayandırılmışdı. Şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılmasına və valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə xidmət edir.