Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Gebreyesus Hindistan istehsallı dərman preparatları ilə bağlı xəbərdarlıq edib.
YeniAvropa xəbər verir ki, bu barədə, o, Britaniyanın “The Guardian” nəşrinə müsahibəsində deyib.
Baş direktorun sözlərinə görə, öskürəyə qarşı Hindistan istehsallı dərman və siroplar kəskin böyrək zədələnməsinə səbəb olur.
Bu dərmanlardan istifadənin Afrikanın Qambiya bölgəsində 66 uşağın ölümü ilə nəticələndiyini vurğulayan ÜST rəhbəri söyləyib ki, həmin dərmanların təhlükəsizliyi və keyfiyyətinə dair indiyədək heç bir zəmanət verilməyib.
Gebreyesus bununla yanaşı qeyd edib ki, həmin preparatlardan istifadə qarın ağrısı, baş ağrısı və psixi durumun dəyişməsinə səbəb ola, eləcə də ölümlə nəticələnə bilər.