logo

Azərbaycanda daha 90 nəfər koronavirusa yoluxdu

16:32 07-10-2022 | icon 3374
Azərbaycanda daha 90 nəfər koronavirusa yoluxdu

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 90 yoluxma faktı qeydə alınıb, 129 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, indiyədək ölkədə ümumilikdə 822 min 27 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 811 min 508 nəfər müalicə olunaraq sağalıb, 9 min 927 nəfər vəfat edib. Aktiv xəstə sayı 592 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 202, bu günə qədər isə ümumilikdə 7 milyon 269 min 145 test icra olunub.