COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 868 min nəfəri ötüb
Oktyabrın 4-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 1654 doza vaksin vurulub.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 951, ikinci doza vaksinlərin sayı 189, üç və daha çox doza vaksinlərin sayı 424, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 90-dır.
Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 894 min 264, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 384 min 91, ikinci mərhələ üzrə 4 milyon 868 min 10, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 380 min 227, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 261 min 936-dır.