Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 103 yoluxma faktı qeydə alınıb, 159 nəfər müalicə olunaraq sağalıb.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, indiyədək ölkədə ümumilikdə 821 min 635 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 810 min 889 nəfər müalicə olunaraq sağalıb, 9 min 919 nəfər vəfat edib. Aktiv xəstə sayı 827 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 223, bu günə qədər isə ümumilikdə 7 milyon 254 min 846 test icra olunub.