logo

İlham Əliyev Bolqarıstana rəsmi səfərə gəlib

12:05 30-09-2022 | icon 749
İlham Əliyev Bolqarıstana rəsmi səfərə gəlib

Prezident İlham Əliyev sentyabrın 30-da Bolqarıstana rəsmi səfərə gəlib.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Sofiya şəhərinin hava limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi Bolqarıstanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıblar.