COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 867 min nəfəri ötüb
Azərbaycanda son gündə koronavirus əleyhinə 1017 vaksin vurulub.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 324, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 156, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 458, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 79 nəfərdir.
Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 887 min 596, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 380 min 903, ikinci mərhələ üzrə 4 milyon 867 min 097, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 378 min 072, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 261 min 524-dür.